Əsas məzmuna keç

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Prezident İlham Əliyevin Peter Pelleqriniyə göstərdiyi diqqət diqqət çəkdi. İki ölkə liderinin Bakıdakı görüşündə baş verən maraqlı məqamlar nədən ibarətdir?

en ru

İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi qonaqpərvərlik jesti ilə qonağı təəccübləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Slovakiya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər.

" Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.

O vurğulayıb ki, liderinin bu qeyri-adi və xoş jestindən qəlbdən təsirlənib.

Pelleqrininin sözlərinə görə, İlham Əliyevin bu addımı iki ölkə arasındakı yaxşı münasibətlərin, onların xalqlarının dostluğunun, eləcə də ikitərəfli tərəfdaşlığın əsasında dayanan qarşılıqlı etimad və hörmətin bariz göstəricisi oldu.

"Mən bu yaddaqalan qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm", - Slovakiya lideri əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…