Əsas məzmuna keç

İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib

İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi...

İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına () dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib.

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, - qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…