Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
İlham Əliyev: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda mahiyyətini nümayiş etdirib
İlham Əliyev Kahramanmaraşdakı zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Trampa təşəkkür edib
"Hörmətli xanım General-Qubernator.
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".