Əsas məzmuna keç

İlham Əliyev Keniya Prezidenti Uillyam Ruto ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Keniya Prezidenti Uillyam Ruto ilə görüşüb - YENİLƏNİB

Dövlət başçısı İlham Əliyev Keniya lideri Uillyam Samoei Ruto ilə bir araya gəldi. Mayın 17-də keçirilən rəsmi görüşün detalları və əməkdaşlıq perspektivləri burada.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğuladı. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.

Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət etdi.

Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdi.

Keniya Prezidenti Azərbaycanla arasında sülh gündəliyinin irəli aparılmasında dövlətimizin başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Keniya arasında , müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edildi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…