Operativ Məlumat Mərkəzi

İlham Əliyev “BRICS+” formatında iştirak etmək üçün Kazana gedib - VİDEO

1 dəq
Paylaş:
İlham Əliyev “BRICS+” formatında iştirak etmək üçün Kazana gedib - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər