İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - YENİLƏNİB
14.03.2024 14:07
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.

***

Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Bayram Beqay Azərbaycana XI Qlobal forumda iştirak etmək üçün səfər edib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu