Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev regional gündəliyi müəyyən edən liderdir - Deputat

4 dəq
Paylaş:
İlham Əliyev regional gündəliyi müəyyən edən liderdir - Deputat

Respublikasının Prezidenti İlham Əliyevin Münxendə “France 24” telekanalına verdiyi müsahibə Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı yeni siyasi arxitekturanın auditoriyaya təqdimatı kimi qiymətləndirilə bilər. Müsahibə boyunca həm regional sülh prosesinin mərhələlərini, həm böyük güclərlə münasibətlərin dinamikasını, həm də Azərbaycanın və geosiyasi prioritetlərini sistemli şəkildə ortaya qoydu”.

Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında deputat Vasif Qafarov bildirib:

Deputat Vasif Qafarov: “Güclü dövlətin əsasında güclü gənclik dayanır” | Operativ Məlumat Mərkəzi

“Dövlət başçısının açıqlamaları Azərbaycanın regionda yeni reallıqlar formalaşdırdığını və artıq təşəbbüsü əlində saxlayan tərəf kimi çıxış etdiyini göstərir”.

Onun sözlərinə görə, Ağ Evdə imzalanmış üçtərəfli sənədin “münaqişənin bitməsi” kimi təqdim edilməsi təsadüfi deyil və bu, prosesə beynəlxalq siyasi təminat qazandıran mühüm addımdır. Sənədin Vaşinqton platformasında rəsmiləşdirilməsi sülh prosesini qlobal siyasi çərçivəyə çıxarır və geri dönüş ehtimallarını minimuma endirir.

Vasif Qafarovun fikrincə, Prezident İlham Əliyevin normallaşmanı rəsmi sülh sazişindən fərqləndirməsi də strateji yanaşmadır.

O vurğulayıb ki, sərhəddə sabitliyin mövcudluğu, iqtisadi və nəqliyyat əlaqələrinin açılması artıq faktiki sülh mühitinin formalaşdığını göstərir. “Bu, hüquqi sənədin imzalanmasını prosesin yekunu deyil, formal mərhələsi kimi təqdim edir”, – deyə deputat əlavə edib.

Millət vəkili konstitusiyasında Qarabağa dair müddəaların dəyişdirilməsi məsələsini uzunmüddətli sabitlik baxımından prinsipial tələb kimi xarakterizə edib. Onun sözlərinə görə, bu addım gələcəkdə mümkün iddiaların və revizionist yanaşmaların qarşısını almağa yönəlib.

Deputat ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını da mühüm dönüş nöqtəsi adlandırıb. O, hesab edir ki, bu mərhələ Azərbaycanın enerji tərəfdaşı statusundan çıxaraq təhlükəsizlik arxitekturasında da fəal iştirakçıya çevrildiyini göstərir və regiondakı güc balansını möhkəmləndirir:

İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“TRIPP təşəbbüsü və Zəngəzur dəhlizi barədə danışan millət vəkili bildirib ki, Naxçıvanla birbaşa bağlantının təmin olunması Azərbaycanın kommunikasiya baxımından tam inteqrasiyası deməkdir. Layihənin beynəlxalq dəstək qazanması Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir”.

Qarabağdakı keçmiş separatçı rəhbərlərin məhkəmə prosesinə toxunan deputat qeyd edib ki, bu məsələ humanitar deyil, hüquqi müstəvidə qiymətləndirilməlidir və dövlət suverenliyinin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Arayik məhkəmədə etiraf etdi:

Fransa ilə münasibətlərə dair hissədə isə deputat bildirib ki, Prezident İlham Əliyev prinsipial, lakin praqmatik mövqe nümayiş etdirərək münasibətlərin qarşılıqlı hörmət əsasında bərpasına hazır olduqlarını ifadə edib.

Vasif Qafarovun sözlərinə görə, sözügedən müsahibə Azərbaycanın post-münaqişə mərhələsində artıq müdafiə mövqeyində deyil, regional gündəliyi formalaşdıran aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax