Azərbaycan Türkiyə münasibətlərində hər zaman Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamalın "kədəriniz kədərimiz, sevinciniz sevincimizdir" şüarlarını rəhbər tuturuq.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Millət Vəkili Jalə Əhmədova deyib.
Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan tarixin bütün dövrlərində hər zaman bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər, sevincli, kədərli günlərini birgə paylaşıblar.
"44 Günlük Vətən müharibəsində 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımızın işğaldan azad etməsinə özümüz qədər sevinən məhz qardaş Türkiyə oldu. Möhtəşəm Qələbəmizdən söhbət açarkən Türk xalqının, dövlətinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi, diplomatik dəstəyi danılmazdır. Türkiyənin ilk istehsalı olan TOGG avtomobilinin məhz cənab prezident İlham Əliyevə hədiyyə olunması iki dövlətin, iki dövlət başçısının bir birinə qardaş, can olmasının bariz nümunəsidir. İki qardaş ölkənin daha çox uğurlarına davamlı şahid olacayıq".