Operativ Məlumat Mərkəzi

İki komandamız Konfrans Liqasının cavab oyununa ÇIXIR

2 dəq
Paylaş:
İki komandamız Konfrans Liqasının cavab oyununa ÇIXIR

Bakının "Zirə" klubu bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, komandamız Slovakiyanın "DAK 1904" klubu ilə səfərdə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bu komandalar arasında ilk görüşdə "Zirə" rəqibinə 4 cavabsız qol vurub.

"Zirə" Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi üz-üzə gələcək. Bu halda "Zirə"nin ilk oyunu səfərdə olacaq.

Bugünkü oyunun hakimləri: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya).

Bu gün Azərbaycanın digər təmsilçisi "Sabah" da Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyununa çıxacaq.

Bu matç "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Oyunu slovakiyalı referi Peter Kraloviç idarə edəcək.

Bu komandalar arasında ilk matçda "Sabah" 3:0 hesablı qələbə qazanıb.

"Sabah" "Makkabi"ni keçsə, 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər