Əsas məzmuna keç

İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə başsağlığı verib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına...

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Hissein Brahim Taha İlham Əliyevə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, başsağlığında qeyd olunub:

"Zati-aliləri cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin hissi ilə qarşıladım.

Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…