Əsas məzmuna keç

İcra məmurlarının səlahiyyətləri artırıldı: Yeni qanun təsdiqləndi

İcra məmurlarının səlahiyyətləri artırıldı: Yeni qanun təsdiqləndi

Prezident İlham Əliyev yeni qanunu imzaladı: İndi icraçıların banklardakı nağd vəsait, elektron pul və əmanətlərə çıxışı necə olacaq? Mühüm detallar xəbərimizdə.

en ru

İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev "Dövlət məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən , yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, əvvəlki qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…