Macarıstan Baş naziri Viktor Orban bildirib ki, ölkəsi Ukraynanın tətbiq etdiyi neft blokadasını pozacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Orban öz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna Macarıstanın seçkilərdən əvvəl yanacaq çatışmazlığı yaşamasını və bununla hökumətin başçısını öz istədiyi şəkildə dəyişdirməsini hədəfləyir.
Orban paylaşımında yazıb:
"Biz Ukraynanın neft blokadasına kömək etməyəcəyik, əksinə onu pozacağıq. Həm Brüssel, həm də Kiyev buna əmin ola bilər".