Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Balaj Orban Peter Madyarı sərt tənqid edib: "Cib diktatoru"

2 dəq
Paylaş:
Balaj Orban Peter Madyarı sərt tənqid edib: "Cib diktatoru"

Macarıstanın Baş nazirinin siyasi müşaviri müxalif siyasətçi Peter sərt tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Balaj Orban bu barədə hesabında paylaşım edib.

Bildirilib ki, müşavir Peter Madyarı "cib diktatoru" adlandıraraq, onun parlamentdəki çıxışlarını kəskin tənqid edib. Balaj Orban iddia edib ki, Madyar saatlarla mənasız nitqlər söyləyir və özünü Kuba lideri Fidel Kastro ilə müqayisə edir.

Qeyd olunub ki, paylaşımda müxalifət sıralarında sənədlərin oğurlanması, deputatların söz azadlığının məhdudlaşdırılması və onlara qanunsuz həbs təhdidlərinin edilməsi ilə bağlı da iddialar yer alıb. Balaj Orban bildirib ki, Peter Madyarın çıxışlarını əks etdirən videolar onun davranışları barədə ictimaiyyətə fikir formalaşdırmaq imkanı verir.

Bildirilib ki, Macarıstanın daha əvvəl ölkədəki siyasi vəziyyətlə bağlı çıxışında rus yazıçısı Nikolay Çernışevskinin "Nə etməli?" romanına istinad edərək, macarların öz ölkələrində rahat yaşaması üçün atılmalı olan addımlardan danışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax