"Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar"

"Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar"
22.08.2024 15:58
Aa
dəq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çovdarovla bağlı illər əvvəlki hökmdən keçmiş polis əməkdaşı Neman Kərimov şikayətçidir.

2015-ci ildə N.Kərimov A.Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. İttihamda yazılırdı ki, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit" hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar. MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu ilə tələb etməklə ələ keçirilib. Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.

Zərərçəkmiş əvvəllər ona dəymiş maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.

9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun niyə görə bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.

Qeyd edək ki, A.Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib. ("Qafqazinfo")

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu