Operativ Məlumat Mərkəzi

Hollandiyada universitetlərdə fələstinlilərin etirazları davam edir

1 dəq
Paylaş:
Hollandiyada universitetlərdə fələstinlilərin etirazları davam edir

Hollandiyada universitetlərin akademikləri və tələbələri Fələstinə dəstək aksiyalarına qarşı sərt polis müdaxiləsinə və universitet rəhbərliyinin İsrail qurumları ilə əməkdaşlığına davam etməsinə etiraz ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yerli vaxtla saat 12:00-da Amsterdam Universitetində (UvA), Utrext, Leiden və Radboud da daxil olmaqla bir çox universitetdə tələbələrin eyni vaxtda keçirdiyi nümayişlərdə universitet rəhbərliyinə etiraz edilib.

Nümayişçilər Fələstinə dəstək üçün universitetlərdə başlayan etirazlara qarşı sərt polis müdaxiləsini pisləyib və universitet rəhbərliyindən İsrail qurumları ilə əməkdaşlığa son qoymasını istəyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər