Operativ Məlumat Mərkəzi

"Hökumətin belə bir gücü yoxdur"

1 dəq
Paylaş:
"Hökumətin belə bir gücü yoxdur"
bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.Pezeşkiyan hökumətin bütün problemləri aradan qaldıra biləcəyi düşüncəsinə qapılmağın yanlış olduğunu...

“Ədalətsizliyin, rüşvətin və qaçaqmalçılığın qarşısını almaq üçün səy göstərməliyik”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkiyan hökumətin bütün problemləri aradan qaldıra biləcəyi düşüncəsinə qapılmağın yanlış olduğunu bildirərək deyib: “Əvvəlcə özümüzü qiymətləndirək. Ədalətsizliyin, rüşvətin və qaçaqmalçılığın qarşısını almaq üçün çalışmalıyıq. Ancaq bu problemlərin bir gecədə həll olunmayacağını da qəbul etməliyik. Biz hazırıq, lakin bu reallıqlar da nəzərə alınmalıdır. Hökumətin bütün problemləri aradan qaldıra biləcəyi düşüncəsinə qapılmaq olmaz. Hökumətin əslində belə bir gücü yoxdur. Bunu etmək istəsə belə, bu, cəmiyyətin aşağı gəlirli təbəqələri üzərində təzyiq yaradar. Ölkənin gəliri məlumdur və resurslarımız sonsuz deyil”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər