Hindistanın Baş naziri Narendra Modi Rusiyaya rəsmi səfərə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, onun təyyarəsi "Vnukovo-2" hava limanına enib.
Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar planlaşdırılır.
İyulun 8-dən 9-dək davam edəcək səfər Modinin üçüncü dəfə baş nazir vəzifəsinə gəldikdən sonra ilk səfəridir.
Hindistan hökumətinin başçısı sonuncu dəfə 2019-cu ildə Rusiyada olub.