Əsas məzmuna keç

Hindistanda təyyarə qəzasında 4 nəfər öldü

Hindistanda təyyarə qəzasında 4 nəfər öldü

Maharaştra ştatının Baş nazirinin müavini Acit Pavarı daşıyan təyyarə eniş zamanı qəzaya uğrayıb.

ru en

Hindistanın Maharaştra ştatında ağır aviasiya qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Baş nazirinin müavini Acit "Learjet 45" tipli təyyarə Pune bölgəsindəki Baramati hava limanına eniş etməyə çalışarkən idarəetməni itirərək yerə çırpılıb.

Çırpılmanın təsirindən alovlanan təyyarədə olan 66 siyasətçi, 2 pilot, 1 mühafizəçi və 1 kabin heyəti üzvü həyatını itirib.

Hindistan Mülki Aviasiya Baş Müdirliyi (DGCA) qəza nəticəsində sağ qalanın olmadığını rəsmən təsdiqləyib.

Məlumata görə, Acit yerli seçki mitinqlərində iştirak etmək üçün səfərə çıxıbmış. Hadisədən sonra Hindistanın Baş naziri Narendra Modi kədərini ifadə edən bəyanat yayıb. qeyd edib ki:

"Onun vaxtsız vəfatı çox şokedici və üzücüdür. Pavar xalqla güclü bağları olan, çalışqanlığı ilə seçilən bir lider idi. Ailəsinə və yaxınlarına başsağlığı verirəm".

Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…