Əsas məzmuna keç

Hindistanda Sip çayında qayığın batması nəticəsində 7 nəfər ölüb

Hindistanda Sip çayında qayığın batması nəticəsində 7 nəfər ölüb

Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində uşaq olmaqla yeddi nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ştatın rayon şöbəsindən məlumat verilib.

“Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir”, – idarədən bildirib.

Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…