Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib

Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
08.05.2024 22:54
Aa
dəq

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.

Xatırladaq ki, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.

Həftənin ən çox oxunanları

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
DAVAMIN OXU davamın oxu

İlham Əliyev və Rəisi Azərbaycan-İran dövlət sərhədində söhbət ediblər

İlham Əliyev və Rəisi Azərbaycan-İran dövlət sərhədində söhbət ediblər
DAVAMIN OXU davamın oxu

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
DAVAMIN OXU davamın oxu

İ.Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

İ.Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
DAVAMIN OXU davamın oxu