Hikmət Hacıyev: "Sülh sazişi təşəbbüsü Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir"

Hikmət Hacıyev: "Sülh sazişi təşəbbüsü Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir"
20.09.2023 17:54
Aa
dəq

"44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin sualına cavabında deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı sülh mətnini də Azərbaycan hazırlayıb təqdim etmişdi: "ABŞ və digər dövlətlər də sülh sazişi üçün platformalar təqdim etmişdir. Amma məsələ harada müzakirə aparmaq yox, nəyi müzakirə etməkdir. Sülh sazişini, fikrimcə, 70 faiz razılaşdırmışdıq. Amma hazırda bu, qarşılıqlı proses olmalıdır. Mənfi tendensiyalara görə təəssüf ki, növbəti danışıqlar Vaşinqtonda baş tutmadı. Amma yenə də biz sülhün mümkün olduğunu düşünürük. Ermənistan da buna cəhd göstərməlidir. Ermənistan heç nir hərbi birləşməsi bundan sonra Azərbaycan ərazisində olmamalıdır. Ermənistan hərbi qüvvələri hələ ki ərazidədir".

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu