Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb - YENİLƏNİB

Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb - YENİLƏNİB
02.05.2023 19:25
Aa
dəq

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 2-də NATO-nun mənzil-qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, səfər Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanmasının 29-cu ildönümü ərəfəsinə təsadüf edib.

H.Hacıyev səfər çərçivəsində NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. O, həmçinin NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Katlerlə ikitərəfli görüş keçirib.

Prezidentin köməkçisi keçirilmiş görüşlər zamanı Azərbaycan-NATO tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında müzakirələr aparıb. O, iştirakçılara Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina problemi, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi və digər qarşılıqlı maraq doğuran xüsuslar haqqında məlumat verib. Tərəflər arasında Azərbaycanın nəqliyyat imkanları və enerji təchizatındakı önəmli rolu barədə fikir mübadiləsi aparılıb.

NATO üzv dövlətləri Azərbaycanın etibarlı və önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, Alyansın beynəlxalq sülhməramlı əməliyyatlarına töhfələrini, ələlxüsus Əfqanıstan missiyasına dəstəyini, qarşılıqlı operativ uzlaşmanın artırılması və müdafiə islahatları sahəsində əldə etdiyi tərəqqini təqdir edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

H.Hacıyev səfər çərçivəsində Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən memorial-fotostendin açılış mərasimində iştirak edib.

15:46 ***

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katler arasında görüş başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

Tərəflər NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, həmçinin enerji təhlükəsizliyində Azərbaycanın rolu barədə danışıblar.

H.Hacıyev və D.Katler eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu