Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib

1 dəq
Paylaş:
Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib
bunu iranlı diplomat tviterdə yazıb. “Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət...

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iranlı diplomat tviterdə yazıb.

“Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - səfir bildirib.

Qeyd edək ki, aprelin 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Müzakirələr zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər