Əsas məzmuna keç

"Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil"

"Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil"

bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanla arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və arasında sazişinin imzalanması üçün işlər davam etdirilir:

"Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır:

"Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik".

"Yəni məsələ yalnız Ermənistan Konstitusiyası deyil?", - sualına H.Hacıyev belə cavab verib: "Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…