Əsas məzmuna keç

Hikmət Hacıyev: Ermənistan konstitusiyasından iddialar çıxarılsa sülh olar

Hikmət Hacıyev: Ermənistan konstitusiyasından iddialar çıxarılsa sülh olar

Prezidentin köməkçisi rəsmi İrəvanın ərazi iddialarını aradan qaldırmasını şərt qoyub. Regionda uzunmüddətli sabitlik üçün hansı hüquqi addımlar atılmalıdır?

ru en

Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:

"Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur".

Prezidentin köməkçisi açıqlamasında Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinə də toxunub:

"Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk, bundan sonra da bu şəkildə davam edəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…