H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir

H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir
06.07.2024 17:19
Aa
dəq

Şuşa 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbənin rəmzidir. Bu Zəfər naminə canlarını fəda edən müqəddəs şəhidlərimizin xatirəsi önündə ehtiramla baş əyir, qazilərimizə hörmətimi ifadə edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün tarixi imkan yarandığını vurğulayan nazir deyib: “Bu fürsət sadəcə bəzi ölkələr üçün deyil, həm də hazırda bağlı olan kommunikasiyaların açılması kontekstində Türk dünyası da daxil olmaqla regional və qlobal təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Azərbaycan ilə Ermənistan arasında davam edən danışıqların tezliklə sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edirik. Bu prosesdə Azərbaycanın güclü qətiyyətini və müsbət mövqeyini xüsusilə təqdir edirik. Bəzi Qərb ölkələrinin Ermənistanı açıq-aşkar himayə edən və Azərbaycanın problemlərinə məhəl qoymayan qeyri-mütənasib mövqeyindən məmnun deyilik. Vurğulamaq istəyirəm ki, Türk dünyası bu prosesin uğurla başa çatması üçün qardaş Azərbaycana tam dəstəyini sonunadək davam etdirəcək”.

Türk dünyasının beynəlxalq siyasətin mühüm mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdıran türkiyəli nazir qeyd edib ki, qlobal güclərin rəqabətinin bizim regiona təsirini azaltmaq üçün səyləri birləşdirmək, bütün imkanlardan istifadə edərək birgə rifah naminə fəaliyyət göstərmək lazımdır. Onun sözlərinə görə, regional əməkdaşlığın və müştərək çalışmaların iki təməl prinsipi məhz bundan ibarətdir.

Hakan Fidan vurğulayıb ki, hazırkı dünya nizamında nüfuzlu platforma kimi möhkəmlənən TDT çərçivəsində əlaqələri daha da inkişaf etmək üçün yaxşı fürsət yaranıb. Təhsil sahəsində əməkdaşlığın və gənclərlə bağlı layihələrin əhəmiyyətini qeyd edən nazir əlavə edib ki, tez bir zamanda vahid əlifba tətbiq edilməlidir.

Türkiyəli nazir gündəliyin əsas mövzularından olan rəqəmsal texnologiyalar, kommunikasiya, enerji, maliyyə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi hüquqi bazanın yaradılmasına ehtiyac olduğunu da qeyd edib. “Regionumuzda yaranan fürsətləri yeni kontekstdə dəyərləndirmək lazımdır”, - deyə Hakan Fidan vurğulayıb.

Həftənin ən çox oxunanları

Əli Əsədov Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

Əli Əsədov Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub
DAVAMIN OXU davamın oxu

“İstisu” Minskdə - FOTO

“İstisu” Minskdə - FOTO
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

İlham Əliyev: Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
DAVAMIN OXU davamın oxu

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub

Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
DAVAMIN OXU davamın oxu