Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib
04.03.2023 14:46
Aa
dəq

N hərbi hissəsində müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu xüsusi vurğulayıblar.

Gərgin bilik mübarizəsi şəraitində keçən viktorinada “Topçular” komandası 1-ci, “Komando” komandası 2-ci, “Tankçılar” komandası isə 3-cü yerə layiq görülərək fəxri fərman, kubok və medallarla təltif ediliblər.

Sonda döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya da qiymətli hədiyyələr təqdim olunub.

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu