Əsas məzmuna keç

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ultramarafon yürüşünə start verilib

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ultramarafon yürüşünə start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş bu gün Ağstafada Heydər Əliyevin abidəsi önündən...

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə yürüşünə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş bu gün Ağstafada Heydər Əliyevin abidəsi önündən başlayıb.

Azərbaycanda, eləcə də, ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 km-lik məsafəni qət edəcək.

O, ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik yolu gedəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq.

Atlet Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməklə yürüşü başa vuracaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…