Heydər Əliyev prospektinin yan yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyev prospektinin yan yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
20.04.2023 12:06
Aa
dəq

Sabah saat 09:00-dan saat 16:00-dək Bakının Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində SOCAR-ın inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.

Həftənin ən çox oxunanları