Operativ Məlumat Mərkəzi

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq
bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə...

Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26,4-cü kilometrində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər