Heydər Əliyev Fondunun Ağcabədidə inşa etdiyi məktəb istifadəyə verilib

Heydər Əliyev Fondunun Ağcabədidə inşa etdiyi məktəb istifadəyə verilib
15.09.2023 11:38
Aa
dəq

Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağcabədi rayonunun Poladlı kənd orta məktəbinin binası istifadəyə yararsız olduğu üçün Heydər Əliyev Fondu tərəfindən təhsil ocağı üçün yeni bina inşa olunub.

Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Dəyanət Fərzəliyev, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Bildirilib ki, 1988-ci ildə inşa olunan Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən 300 şagird yerlik məktəb inşa olunub.

İki mərtəbəli 3 korpusdan ibarət olan yeni təhsil müəssisəsi şagird və müəllimləri qəbul etməyə hazırdır. Məktəbdə 14 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Bütün otaqlar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Heydər Əliyev Fondunun Ağcabədinin Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu