Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib
26.08.2023 17:50
Aa
dəq

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün növbəti şənlik təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorların iştirakı ilə müxtəlif proqramlar, əyləncələr təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanılması xüsusi yer tutur.

Fond mütəmadi olaraq belə tədbirlər təşkil etməklə bu kateqoriyadan olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsinin vacibliyinə cəmiyyətin diqqətini bir daha yönəldir.

Uşaq evlərinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar. Şənlik 1 saylı Uşaq Evinin 2 sakini – Əli Həmidov və Qənirə Zeynalova, 3 saylı Uşaq Evinin sakini – Cihan İsimxanlının ad günlərinə təsadüf edib. Heydər Əliyev Fondunun təşkil etdiyi əyləncə həmin günü həm ad gününü qeyd edən uşaqlar, həm də uşaq evlərinin digər sakinləri üçün yaddaqalan xatirəyə çevrilib.

Uşaqların hər birinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu