Operativ Məlumat Mərkəzi

Həsrət Cəfərov Avropa çempionu olub

1 dəq
Paylaş:
Həsrət Cəfərov Avropa çempionu olub
67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək...

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər