Əsas məzmuna keç

Hesablama Palatasına yeni səlahiyyətlər verilib: Qanun qəbul edildi

Hesablama Palatasına yeni səlahiyyətlər verilib: Qanun qəbul edildi

Parlamentdə təsdiqlənən dəyişikliklərə əsasən, dövlət büdcəsinə nəzarət mexanizmi gücləndirilir. Görəsən, qurumun genişləndirilən səlahiyyətləri nələri əhatə edəcək?

en ru

Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi son oxunuşda qəbul edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd Hesablama Palatasına Naxçıvan Respublikası və sığorta ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.

Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…