Hesablama Palatası işçilərinin sayının artırılmasını istəyir

Hesablama Palatası işçilərinin sayının artırılmasını istəyir
08.04.2024 13:51
Aa
dəq

Hesablama Palatasının 166 işçisi, bunun qarşılığında isə ölkədə mindən çox isə təşkilat var.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

"Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk? Qonşu ölkələr araşdırılsın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın", - deyə o qeyd edib.

Sədr plenar iclasda təklifləri dinləməyə və müqayisə aparmağa hazır olduğunu da sözlərinə əlavə edib.

Həftənin ən çox oxunanları