Hesablama Palatası büdcədən ötənilki xərcləmələrə dair nöqsanları açıqlayıb

Hesablama Palatası büdcədən ötənilki xərcləmələrə dair nöqsanları açıqlayıb
31.05.2023 12:49
Aa
dəq

2022-ci ildə də dövlət büdcəsinin kassa icrasının əhatəsinə daxil olan vəsaitlərin bir hissəsi bu anlayışın mahiyyəti ilə bəzi hallarda tam eynilik təşkil etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Belə ki, kassa icrası ünvanlı istifadəni ehtiva edir ki, bəzi hallarda dövlət xəzinədarlığı vasitəsilə icra edilib, lakin istifadə olunmamış və bank hesablarında qalmış-ünvana çatmamış vəsaitin icra hesabatlarında əks etdirilməsi ilə bağlı müəyyən suallar yaranır. Ümumiyyətlə apardığımız araşdırmalar kassa icrası və dövlət büdcəsinin icrası anlayışlarının bəzi hallarda fərqli şərh edilə bildiyini göstərir", - deyə o qeyd edib.

"2022-ci ildə ölkə üzrə ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6,8 milyard. manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 767,5 milyon manat çoxdur. 2022-ci ildə satınalmalar arasında say baxımından bir mənbədən satınalma metodu, məbləğ baxımından açıq tender üstünlük təşkil edib. Nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən icra edilməsi, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması satınalmaların dövlət büdcəsi xərclərində xüsusi çəkisinə təsir edib. Hesablamalar göstərir ki, 4-cü rübdə keçirilən satınalmalar ilin birinci yarısı qədərdir. Qeyd olunan hallar dövlət satınalmalarının planlaşdırılmasında və metodlarında təkmilləşdirilmənin aparılmasının zərurətini bir daha göstərir.

Debitor borclar, onların yaranma səbəbləri, uçotu və riskləri komitə iclasında ətraflı müzakirə edildi. Lakin biz kreditor borclar barədə də ilk dəfə olaraq danışmaq istərdik. Fiskal diaqnostika alətlərinin tələblərində xərclər üzrə kreditor borcların uçotunun aparılmasının, həmin borcların məbləğinin müəyyən həddən aşağı olmasının və onların monitorinqinin vacibliyi vurğulanır. Nəzarət tədbirləri göstərir ki, bir sıra qurumlar üzrə kreditor borcların olmasına baxmayaraq, onlar tərəfindən həmin borclar büdcə və maliyyə hesabatlarında tam əks etdirilməyib.

Cari ildə Hesablama Palatası mövcud vəziyyəti düzgün qiymətləndirmək üçün illik konsolidasiya edilmiş maliyyə hesabatları üzərindən kreditor borcların araşdırılmasını planlaşdırır", - deyə sədr bildirib.

Həftənin ən çox oxunanları

"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq

DAVAMIN OXU davamın oxu

Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik

Maliyyə Nazirliyi:
DAVAMIN OXU davamın oxu

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu