Əsas məzmuna keç

Hərbi qulluqçuların yürüşləri təşkil olunub

Hərbi qulluqçuların yürüşləri təşkil olunub

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi...

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəlcə Ulu Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…