Əsas məzmuna keç

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər  - VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…