Operativ Məlumat Mərkəzi

Hərbi çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir

1 dəq
Paylaş:
Hərbi çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir
bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub. Sənəddə bildirilib ki, hərbi...

Rusiyada hərbi çağırışa məruz qalan və çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq çağırış vərəqəsi verilmiş hesab edildiyi gündən Rusiya Federasiyasını tərk etməsi qadağandır.

Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər