Operativ Məlumat Mərkəzi

Hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib

1 dəq
Paylaş:
Hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib

Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nihad Namazovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Nihad Namazov Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər