Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:
- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.