Operativ Məlumat Mərkəzi

HƏMAS: Qəzza razılaşmasının saxlanması İsrailin hərəkətlərindən asılıdır

1 dəq
Paylaş:
HƏMAS: Qəzza razılaşmasının saxlanması İsrailin hərəkətlərindən asılıdır
bunu HƏMAS hərəkatının Qətərdəki siyasi ofisinin yüksək vəzifəli üzvü Husam Badran deyib. "Müqavilə bütün müddəaları və təfərrüatları ilə aydındır....

Qəzza zolağında atəşkəs razılaşmasının davam etdirilməsi və israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu HƏMAS hərəkatının Qətərdəki siyasi ofisinin yüksək vəzifəli üzvü Husam Badran deyib.

"Müqavilə bütün müddəaları və təfərrüatları ilə aydındır. Söhbət onun icrası zamanı işğalçı hakimiyyət orqanlarının yol verdiyi pozuntu və sui-istifadələrdən gedir", - deyə o, bildirib.

Badran həmçinin “İsrailin baş naziri Benyamin Netanyahunun müqavilədə göstərilən şərtləri manipulyasiya etməyə və yan keçməyə çalışır” fikrini də ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər