Operativ Məlumat Mərkəzi

HƏMAS-ın qurucusunun nəvəsi Qəzzada öldürülüb

1 dəq
Paylaş:
HƏMAS-ın qurucusunun nəvəsi Qəzzada öldürülüb

HƏMAS–ın mənəvi lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu Aca Qəzza zolağının bombalanması nəticəsində ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Məlumata görə, Əli Əbu Aca jurnalistika ilə məşğul olurmuş.

Qeyd edək ki, Əhməd Yasin HƏMAS-ın qurucularındandır. O, 1937-ci il yanvarın 1-də Əl-Curada anadan olub. 2004-cü il martın 22-də Qəzza zolağında 67 yaşında İsrail hərbçiləri tərəfindən öldürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər