Əsas məzmuna keç

HƏMAS fevralın 22-də azad ediləcək girovların siyahısını açıqlayıb

HƏMAS fevralın 22-də azad ediləcək girovların siyahısını açıqlayıb

Fevralın 22-si azad ediləcək girovların adlarının siyahısı İsrailə təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun məlumat yayıb.

"Razılaşma çərçivəsində İsrail sabah sərbəst buraxılacaq girovların siyahısını alıb. Siyahıda olan girovların ailələri məlumatlandırılıb", - məlumatda deyilir.

Baş Nazirlik həmçinin ictimaiyyəti bu məsələ ilə bağlı “təsdiqlənməmiş şayiələr və qeyri-rəsmi məlumat yaymaqdan çəkinməyə” çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…