Helsinkidə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Helsinkidə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
07.11.2023 15:46
Aa
dəq

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin müəllim-şagird heyəti, valideynlər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan Helsinki Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova Azərbaycanın 3 il öncə baş vermiş parlaq qələbəsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük Zəfər əldə etməsi, hazırda Qarabağın bütün şəhər və kəndlərində Azərbaycanın Dövlət Bayrağının dalğalanması ilə bu il 100 illik yubileyi qeyd edilən müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəsiyyətinin və Azərbaycan xalqının ümdə arzusunun gerçəyə çevrildiyini, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu