Əsas məzmuna keç

Helqa Mariya : Türkiyəyə hər cür dəstək verməyə hazırıq

Helqa Mariya : Türkiyəyə hər cür dəstək verməyə hazırıq

ATƏT-in Mariya Türkiyəyə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək bu ölkəyə hər cür dəstəyə hazır olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, Baş katib bu barədə tviter hesabında yazıb.

“Həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. hər cür dəstək verməyə hazırdır”, - Helqa Mariya Şmid yazıb.

Qeyd edək ki, Baş katib həlak olanlarla bağlı başsağlığı kitabını imzalayıb.

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…