Operativ Məlumat Mərkəzi

Həftəsonu gözlənilən hava proqnozu açıqlanıb

1 dəq
Paylaş:
Həftəsonu gözlənilən hava proqnozu açıqlanıb
17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir. Bu barədə "Operativ...

17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.

Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər