Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlmanların Həcc ziyarəti davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ziyarətin ikinci günündə təxminən 2 milyon zəvvar Ərəfat dağına gəlib, burada Allaha dua ediblər.
Mərhəmət dağı kimi tanın bu ərazi Məkkə şəhərindən, təxminən, 20 kilometr şərqdə yerləşir.
Qeyd edək ki, Həcc ziyarəti İslam dininə görə ibadətin 5 əsas şərtindən biridir.
"Covid-19” pandemiyası ilə bağlı son 3 ildə tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu il ziyarətə rekord həddə insanın gələcəyi gözlənilir.
Pandemiyadan əvvəl 2019-cu ildə Həccə ziyarətində 2.4 milyon insan iştirak edib.