"Çelsi"nin hücumçusu Kay Havertsin "Real Madrid"ə keçidi baş tutmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Keçidin hansı səbəbdən baş vermədiyi açıqlanmayıb.
Daha əvvəl Havertsin "Real Madrid" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi.