Əsas məzmuna keç

Harvard yeni federal maliyyə vəsaiti almayacaq

Harvard yeni federal maliyyə vəsaiti almayacaq

ABŞ Təhsil Departamenti Universitetinin Ağ Evin tələblərini yerinə yetirməyənə qədər yeni maliyyə almayacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Təhsil naziri Linda Makmahon qərarı Harvard Universitetinin rektoruna yazdığı məktubda açıqlayıb.

Makmahon məktubda Harvardın ABŞ-a nifrət edən əcnəbi tələbələri qəbul etməklə ölkənin sistemini ələ saldığını iddia edib.

Donald Tramp administrasiyasının federal qanunlara əməl etmək öhdəliyi götürdüyü müddətcə Harvarda federal maliyyə yardımını davam etməyə hazır olduğunu xatırladıb.

Departament rəsmiləri bu gün keçirdiyi mətbuat konfransında Harvardın "universitet idarəçiliyində məsuliyyət" nümayiş etdirməyincə, yeni federal tədqiqat fondları üçün uyğun olmayacağını bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…